Elon Muskın sahib olduğu Tesla İnc bitcoin-ə 1.5 milyard dollar investisiya edib. Bu barədə ABŞ-ın Qiymətli Kağızlar və Birjaları üzrə Komissiyasına (SEC) müracitdə bildirib. Elektrikli avtomobil istehsalçısı Tesla gələcəkdə ilk kriptovalyutanı məhsulların ödəniş vasitəsi kimi inteqrasiya etmək niyyətində olduğunu bəyan edib. Bu xəbərdən dərhal sonra bitcoin 4.700 dollar bahalaşaraq 44.000 dolları keçdi.
(c)kriptoinvest.az