24 yanvar 2020-ci ildən bəri ilk dəfə Brent bir barel üçün 60 dollara çatıb.
Fins.az xəbər verir ki, London ICE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin dəyəri 60,13 dollar / barel təşkil edir ki, bu da əvvəlki sessiyanın sonundakı qiymətdən 0,79 dollar (1,33%) yüksəkdir.
New York Ticarət Birjasının (NYMEX) elektron ticarətində mart ayı üçün WTI xam neftinin fyuçerslərinin qiyməti bu vaxta qədər 57,58 dollar / barel təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanışındakı səviyyədən 0,73 dollar (1,28%) yüksəkdir.