BİRJA

08 Fevral

Dogecoin Maskın tvitləri ilə yenidən rekord həddə bahalaşıb

Dogecoin kriptovalyutası, Tesla və SpaceX-in baş icraçı direktoru Elon Mask və reper Snoop Dogg-un tweetlərindən sonra rekord  həddə bahalaşıb.

Fins.az xəbər verir ki,dünyanın ən zəngin insanı olan Elon Mask, kriptovalyuta bazarına təsir etməyə davam edir. 

Məlumata görə, Mask-ın Dogecoin haqqında yazdığı son Twitter paylaşımından sonra kriptovalyutalar sürətlə bahalaşıb.Kripto valyuta təxminən 0,82 dollara yüksəlib və bazar dəyəri 10,5 milyard dollardan çox olub. 

Dogecoin, bazar kapitallaşmasında ilk 10 kripto valyuta arasındadır.

Uzunmüddətli investorların diqqət mərkəzində saxladığı iki ən böyük kriptovalyuta olan Bitcoin və Ethereum da son həftələrdə rekord həddə bahlaşıb. Bitcoin həftə sonu 41.000 dollar dəyər qazandıqdan sonra Hong Kong vaxtı ilə saat 13.37-də 38.730 dollardan satılıb.Ethereum isə ən yüksək səviyyədən aşağı düşüb. 

Dünyanın ən zəngin insanı olan Elon Musk, bu yaxınlarda Dogecoin haqqında tweet yazarıb. Musk, son olaraq "Kim köpəyii çöldə buraxdı" mahnısıyla "Kim köpəkləri buraxdı" adlı mahnıya müraciət edib. Musk, 1 Fevralda verdiyi müsahibədə Bitcoin'in "yaxşı bir şey" olduğunu və Dogecoin ilə bağlı açıqlamalarının bir zarafat olduğunu bildirib.

Müəllif:Aynur Qəniyeva