Ötən həftə ərzində (1-5 fevral) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 58,91 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,7 dollar və ya 4,8% çoxdur.
Fins.az-ın məlumatına görə, həftə ərzində ən yüksək göstərici (V gün) – 60,51 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 56,68 dollar səviyyəsində olub.
Həftə ərzində Azərbaycan neftinin qiyməti 3,83 dollar və ya 6,75% artıb.