Brent neftinin qiyməti 60 dollara yaxınlaşıb
Pandemiya ilə əlaqədar qeyri-müəyyənlik davam etdiyindən, neft ixrac edən ölkələr təşkilatı və müttəfiqləri (OPEC+), 2021-ci il ərzində xam neftin təklifinə hasilatın azaldılması yolu ilə nəzarətini davam etdirəcək. Qısası, təklifin tələbi üstələməsinə imkan verilməməsi nəzərdə tutulur.
Fins.az xəbər verir ki, OPEC+un təklif kəsiri yaradacağı planı ilə əlaqədar olaraq neft qiymətləri yüksəlməkdə davam edir. Brent nefti 1,2% də bahalaşaraq bareli 59,41 dolları görüb.