BİRJA

03 Fevral

Azərbaycanda ARMB qiymətli kağızları üzrə ən çox dövriyyəsi olan investisiya şirkəti

Azərbaycan Maliyyə Nazirliyi 2021-ci ilin yanvar ayında istiqraz yerləşdirilməsi yolu ilə 146 milyon 480 min 139 manat cəlb edib.

Fins.az  Bakı Fond Birjasına istinadən xəbər verir ki, yanvar ayında dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 58 əqd bağlanıb. 

Azərbaycanda fəaliyyət göstərən investisya şirkətlərindən Maliyyə Nazirliyinin  qiymətli kağızları üzrə ən çox dövriyyəsi olan investisiya şirkəti 661,943,938 mantala “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC  olub. Bakı Fond Birjasında sözügedən əməliyyatlar üzrə ikinci ən çox dövriyyəni 162,215,870 manatla  "Xalq Kapital İnvestisiya Şirkəti" QSC edib. 

Birjada yeni fəaliyyətə başlayan “MFX Trading İnvestisiya Şirkəti” ASC isə bu növdə heç bir  əməliyyat həyata keçirməyib.

Müəllif: Aynur Qəniyeva