BİRJA

03 Fevral

Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib

Fevralın 2-də Amerika fond bazarında Dow Jones indeksi 1,57% – 30,687.48 bəndədək, SP 500 indeksi 1,39% – 3,826.31 bəndədək, Nasdaq indeksi isə 1,56% – 13,612.78 bəndədək yüksəlib.

Fins.az-ın məlumatına görə, Avropa fond bazarlarında fevralın 2-də FTSE 100 indeksi 0,78% – 6,516.65 bəndədək, Fransa CAC-40 indeksi 1,86% – 5,563.11 bəndədək, Almaniya DAX indeksi isə 1,56% – 13,835.16 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,54% azalaraq 1 835,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,28 azalaraq 1,2027 dollar təşkil edib.