BİRJA

03 Fevral

Səhmdar cəmiyyəti olsanız 10% az vergi ödəyəcəksiz

Vergi məcəlləsinə əsasən səhmlər üzrə fiziki şəxslərə ödənilən dividend vergidən azad edilib. Şirkətlər əldə etdikləri mənfəəti təsisçilər arasında bölərkən 10% ödəmə mənbəyindən vergi ödəməlidirlər. Lakin bu vergi səhmdar cəmiyyətləri tərəfindən Azərbaycan respublikasının vətəndaşına ödənilən dividendlər zamanı tutulmur. Beləliklə, təsisçisi Azərbaycan vətəndaşı olan şirkətlər səhmdar cəmiyyəti olarsa 10% vergi ödəmədən mənfəətlərini dividend şəklində səhmdarlarına ödəyə bilərlər.

Səhmdar cəmiyyətinin səhmləri Bakı Fond Birjasında listinqə daxil edilərsə səhmdarlar repo əməliyyatları edərək qısamüddətli vəsaitləri 4-8%-lə cəlb edə bilərlər. Bu barədə məsləhət almaq üçün İnvestisiya Şirkətinə müraciət edə bilərsiniz.

"Azfinance-dən pulsuz məsləhət alın"