BİRJA

03 Fevral

Azfinance: Hər kəs 8% qazanacaq

Hər kəs 8% qazanacaq

Fins.az xəbər verir ki, bu barədə "Azfinance" İnvestisiya şirkətinin yeni kampaniyasında fiziki şəxslərə verəcəyi üstünlük barədə açıqlamasında qeyd olunub. 
 
"Azfinance" İnvestisiya şirkətinin yeni kampaniyası barədə verdiyi məlumata görə, investorlar 8% qazanacaqlar. Bu bəzi bankların depozit faizindən 1-2% çoxdur. Bank riski yoxdur.
Investorlar birbaşa dövlət istiqrazlarına investisiya edib müddətin sonunda da vəsaitlərini dövlətdən alacaqlar. 3, 6, 9 ay sonra vəsaiti çıxaranda dövlət istiqrazlarını satıb qazanılmış faizlərlə birlikdə vəsaitlərini alacaqlar, yəni vəsaiti vaxtından əvvəl çıxaranda faizləri itirmirlər.
 
2021-ci il üçün bu çox vacib şərtdir.
Şirkətdən verilən açıqlamada investorların vəsaiti operativ əldə edərək faizləri itirməyəcəyi vurğulanaraq.  "Nəzərə alsaq ki, bir çox investorlar 2021-ci ildə müəyyən investisiya fürsətləri gözləyirlər, bu investisiya mühiti yaranan kimi vəsaitlərini oraya yönləndirmək istəyəcəklər onda bu məhsul əvəzedilməzdir. Həm vəsaiti operativ əldə edəcəklər həm də faizlərini də itirməyəcəklər. Borc birbaşa dövlətə verildiyi üçün biz bunu sığortalı əmanət kimi də qəbul edə bilərik. Çünki, dövlət borcunu ödəməmək üçün defolt olmalıdır" deyə qeyd olunur. 
 

Bu kampanaiyadan faydalanmaq istəyən şəxslər afi.az  və aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilər. 

(+99412 ) 310-33-22

(+99450) 290-44-77

Müəllif: Aynur Qəniyeva