BİRJA

25 Yanvar

Azərbaycan nefti ötən həftə 0,4% bahalaşıb

Ötən həftə ərzində (18-22 yanvar) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 56,24 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,21 dollar və ya 0,4% çoxdur.

Fins.az-ın məlumatına görə, həftə ərzində ən yüksək göstərici (II gün) – 56,84 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 55,37 dollar səviyyəsində olub.

Həftə ərzində Azərbaycan neftinin qiyməti 0,68 dollar və ya 1,22% artıb.