BİRJA

01 Dekabr

Azərbaycan nefti noyabr ayı ərzində 27,3% bahalaşıb

Bakı, 1dekabr Fins.az

Noyabr ayının nəticələrinə görə, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 44,16 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki ayın orta qiyməti ilə müqayisədə 3,18 dollar və ya 7,76% çoxdur.

"Fins.az"ın məlumatına görə, noyabr ayında ən yüksək göstərici (noyabrın 27-si) – 48,73 dollar təşkil edib, ən minimal göstərici isə (noyabrın 2-si) 37,75 dollar səviyyəsində olub. Ötən ay ərzində Azərbaycan neftinin qiyməti 27,3% artıb.