Bakı, 01dekabr Fins.az
Noyabrın 30-da Amerika fond bazarında Dow Jones indeksi 0,91% – 29,638.64 bəndədək, SP 500 indeksi 0,46% – 3,621.63 bəndədək, Nasdaq indeksi isə 0,06% – 12,198.74 bəndədək enib.
Fins.az-ınməlumatına görə, Avropa fond bazarlarında noyabrın 30-da FTSE 100 indeksi 1,59% – 6,266.19 bəndədək, Almaniya DAX indeksi 0,33% – 13,291.16 bəndədək, Fransa CAC-40 indeksi isə 1,42% – 5,518.55 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,64% azalaraq 1 773,4 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,21% azalaraq 1,1935 dollar təşkil edib.