Bakı, 30 noyabr Fins.az
Ötən həftə ərzində (23 – 27 noyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 47,94 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 3,57 dollar və ya 8% çoxdur.
"Fins.az"ın məlumatına görə, ötən həftə ərzində ən yüksək göstərici (V gün) – 48,73 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 46,28 dollar səviyyəsində olub. Həftə ərzində Azərbaycan neftinin qiyməti 5,3% artıb.