BİRJA

27 Noyabr

Niyə investisiya məsləhətini investisiya şirkətindən almaq lazımdır?

Bakı, 26 noyabr Fins.az

Niyə investisiya məsləhətini investisiya şirkətindən almaq lazımdır?

İnvestisiya şirkətində işləyən hər kəs analitik vəzifəsindən başlayır. Uğurlu analitiklər növbəti illərdə digər vəzifələrə təyin edilir. Analitik olmaq isə birinci riyazi və analitik düşüncə tələb edir, növbəti addımlar isə analitik alətləri öyrənmək və mənimsəməkdir. Daha sonra analitikanı həyata keçirəcəyin sahəni dəqiq seçmək, tanımaq, bu sahədəki bilikləri dərindən öyrənməkdir. Bütün sahələri bilmək praktiki cəhətdən mümkün deyil, yaxud effektiv deyil. Bir sahədə analitik kimi formalaşmaq üçün illərlə kitablar oxumaq tələb edilir.

Bir investisiya şirkətində hər bir sahədə ixtisaslaşmış komanda çalışır. Xarici bazarlarla, müxtəlif sektorlarla, makroiqtisadi analitika ilə, yerli şirkətlərlə və sektorlarla ayrı-ayrı analitiklər məşğul olur və bilik və bacarıqlara sahib çıxır. İnvestisiya şirkəti daim bu analizlərin əsasında qərar verməli, müştərilərinə istiqamət verməli, onların vəsaitlərini idarə edən zaman qərarlar qəbul etməlidir.

İnvestisiya şirkətinə məsləhət üçün müraciət etdiyiniz zaman bütün bu resursların birgə işindən faydalanırsız. Sizin ehtiyacınız olan analitikanı etmək bu insanların gündəlik işidir.

Təsadüfi deyil ki, investisiya məsləhəti verə bilmək üçün yalnız İnvestisiya Şirkətlərinin lisenziyası (icazəsi) var.

Mətbuatda bir çox analitiklərin fikirlərini görmək mümkündür. Lakin diqqət etsək, bu analitikalar ümumiləşdirilmiş və detalları, əsaslandırılması olmadan ortaya çıxır. Səbəb budur ki, analitikanı və investisiya məsləhətini ictimailəşdirmək üçün ümumiləşdirmək mütləqdir. İctimailəşdirilmiş analitikaları da detallı analiz edib sonra müəyyən qərarlar verilə bilər. Bu analitikalar sizin suallarınıza birbaşa konkret cavablar vermək qədər faydalı deyil.

Azərbaycan investorları gəlirlərini artırıb iqtisadiyyatımıza fayda versinlər deyə İnvestisiya Məsləhətini pulsuz etdik. Sizə sadəcə müraciət etmək qalıb.

İnvestisiya məsləhəti almaq üçün istənilən şəxs //afi.az/investment-services/ linkinə daxil olaraq “Müştərimiz ol” düyməsinə klik etməklə açılan pəncərədə özü haqqında məlumatı yerləşdirə bilər.

Müəllif: İntiqam Səfərəliyev

AzFinance İnvestisiya Şirkətinin Direktoru