BİRJA

25 Noyabr

Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib

Bakı, 25 noyabr Fins.az

Noyabrın 24-də Amerika fond bazarında Dow Jones indeksi 1,54% – 30,046.24 bəndədək, SP 500 indeksi 1,62% – 3,635.41 bəndədək, Nasdaq indeksi isə 1,31% – 12,036.79 bəndədək yüksəlib.

Fins.az-ın məlumatına görə, Avropa fond bazarlarında noyabrın 24-də FTSE 100 indeksi 1,55% – 6,432.17 bəndədək, Fransa CAC-40 indeksi 1,21% – 5,558.42 bəndədək, Almaniya DAX-ı isə 1,26% – 13,292.44 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,78% azalaraq 1 803,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,34% artaraq 1,1885 dollar təşkil edib.