BİRJA

23 Noyabr

Azərbaycan nefti ötən həftə ərzində 0,6% BAHALAŞIB

Bakı, 23 noyabr Fins.az

Ötən həftə ərzində (16 – 20 noyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 44,37 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,59 dollar və ya 1,34% çoxdur.

Fins.az-ın məlumatına görə, ötən həftə ərzində ən yüksək göstərici (IV gün) – 44,85 dollar təşkil edib, ən minimal göstərici (III gün) isə 43,49 dollar səviyyəsində olub. Həftə ərzində Azərbaycan neftinin qiyməti 0,6% artıb.