Bakı, 21 noyabr Fins.az
Ötən ay dünya birjasında avro beynəlxalq ödəniş üçün daha populyar valyuta olub. Məlumata görə, avro bununla ilk dəfə 2013-cü ilin fevralından bu yana beynəlxalq ödəniş vasitəsi kimi dolları üstələyib. Belə ki, dünyada beynəlxalq ödənişlərin 37,8 faizinin avro, 37,6 faizinin isə dollarla həyata keçirildiyi bildirilib. Məlumatı “Bloomberg” yayıb