Noyabrın 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,75% – 29,263.48 bəndədək, SP 500 indeksi 0,68% – 3,557.54 bəndədək, Nasdaq indeksi isə 0,42% – 11,854.97 bəndədək enib.
Məlumata görə, Avropa fond bazarlarında noyabrın 20-də FTSE 100 indeksi 0,27% – 6,351.45 bəndədək, Fransa CAC-40 indeksi 0,39% – 5,495.89 bəndədək, Almaniya DAX-ı isə 0,39% – 13,137.25 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 876 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,14% azalaraq 1,1860 dollar təşkil edib.