Noyabrın 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,56% – 29 783,35 bəndədək, SP 500 indeksi 0,48% – 3 609,53 bəndədək, Nasdaq indeksi isə 0,21% – 11 899,34 bəndədək enib.
Fins.az -ın məlumatına görə, Avropa fond bazarlarında noyabrın 17-də FTSE 100 indeksi 0,87% – 6 365,33 bəndədək enib, Fransa CAC-40 indeksi 0,21% – 5 483 bəndədək artıb, Almaniya DAX-ı isə 0,04% – 13 133,47 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 877,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,05% artaraq 1,1868 dollar təşkil edib.