Bakı, 17 noyabr Fins.az
Eyni adlı kirayə xidmətini həyata keçirən Amerika şirkəti Airbnb, ilk kütləvi təklif (IPO) yolu ilə 1 milyard dollar qazanmağı planlaşdırır
Fins.az xəbər verir ki,bu barədə bazar ertəsi günü ABŞ Federal Qiymətli Kağızlar və Mübadilə Komissiyasının saytında yerləşdirilən bildirişdə deyilir.
Şirkət təqdim etdiyi planların "ilkin və dəyişdirilə biləcəyini" aydınlaşdırır. Hələlik Airbnb "A" sinif səhmlərini birjada 0.0001 dollar qiymətinə çıxarmaq niyyətindədir. İlkin səhm blokunun dəyəri 1 milyard dollar olaraq təyin edilib.
Şirkət eyni zamanda 30 sentyabrda bitən rüb üçün maliyyə hesabatlarını açıqladı. Gəlir, keçən ilin eyni dövrü ilə müqayisədə 18% azalaraq 1.34 milyard dollar təşkil edib. Gərəksiz xərclərin azaldılması üçün görülən tədbirlər nəticəsində əldə edilən gəlirlər 219 milyon dollar, bu ilin ilk 9 ayı itkiləri isə 697 milyon dollar oldu.
The Wall Street Journal-ın verdiyi məlumata görə, Airbnb, New York Fond Birjasındakı səhmlərinin bu il dövriyyəyə başlayacağını gözləyir. IPO Goldman Sachs və Morgan Stanley tərəfindən təşkil ediləcək.
Müəllif: Aynur Qəniyeva