BİRJA

16 Noyabr

Neft yenidən bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin yanvar müqaviləsinin dəyəri 0,98% artaraq 1 barelə görə 43,20 dollar təşkil edib.

Fins.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,32% artaraq 40,66 dollar təşkil edib.