BİRJA

14 Noyabr

Neft ucuzlaşıb

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. Fins.az xəbər verir ki, ICE London qitələrarası birjasında “Brent” markalı neftin dəyəri 1,72% azalaraq 1 barrelə görə 42,78 dollardan satılır. Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin 1 barrelinin dəyəri 2,41% ucuzlaşaraq 40,13 dollar təşkil edir.