BİRJA

13 Noyabr

Goldman-ın qızılın 2021-ci ildəki qiyməti ilə bağlı PROQNOZU

2021-ci ildə qızıl qiymətlərini dəstəkləyəcəyini düşünən Goldman Sachs-ın 3, 6 və 12 aylıq hədəfi 2300 dollardır.
Fins.az xəbər verir ki,Goldman Sachs Group Inc.-ə görə, qızıl yaxın bir neçə ay ərzində müəyyən bir qrupda dəyişə bilər.

Bununla yanaşı, "2021-ci ildəki reflyasiya hekayəsi, uzunmüddətli faizlərin düşməsinə çətinlik çəksə də, qısamüddətli real faiz dərəcələrini endirərək qızıl üçün dəstək olacaq."

Goldman hesabatına görə, ABŞ-ın investisiya bankı, qızılın dolların düşməsinə qarşı qorunduğunu vurğulayaraq qiymətli metalın qısamüddətli real faiz nisbətlərinə daha həssas olacağını gözləyir.

Bundan əlavə, böyük inkişaf etməkdə olan bazarların istehlakçı tələbinin yaxşılaşdırılmasına diqqət çəkən hesabatda bank bu tendensiyanın gələn il də davam etməsinin gözlənildiyini bildirib.

Bank, 2300 dollar olan 3, 6 və 12 aylıq hədəflərini davam etdirir.

Spot bazarda satılan bir unsiya qızıl, cümə günü günorta saatlarında 1.879 dollar civarında alıcı tapıb.

Müəllif: Aynur Qəniyeva