Beynəlxalq ödəmə təşkilatı PayPal, ABŞ-da kripto valyuta əməliyyatları üçün gözləmə siyahısını ləğv etdiyini açıqladı.
Fins.az xəbər verir ki,birbaşa kripto valyuta ticarəti ABŞ-da Paypal vasitəsilə həyata keçiriləcək
Kripto valyuta bazarı üçün beynəlxalq ödəmə şirkəti Paypal-dan kritik bir açıqlama verib.
Şirkət, ABŞ-da kripto valyuta əməliyyatları ilə bağlı gözləmə siyahısı tətbiqetməsinin bitdiyini açıqladı. Beləliklə, ABŞ-dakı istifadəçilər kripto valyutalarını birbaşa PayPal hesabları daxilində ticarət edə biləcəklər. Şirkət, yaxın günlərdə istifadəçilərə yeni xüsusiyyət barədə e-poçt və veb bildirişlər vasitəsilə məlumat veriləcəyini də bildirib.
Şirkət, həftəlik kriptovalyuta əməliyyat limitini tələbə görə 10 min dollardan 20 min dollara qədər artırdığını da açıqlayıb.
Şirkətdən gələn elanın təsiri ilə kripto pul bazarında yuxarı bir hərəkət müşahidə edildi. Bitcoin, 16 milyon dollardan yuxarıya yüksəldi və 2018-ci ilin yanvar ayından bəri ən yüksək səviyyəyə çatıb.
PayPal oktyabr ayında kriptovalyuta bazarına girməyi planlaşdırdığını açıqlayıb. PayPal-ın elanından sonra kripto pullar dəstək tapıb.