BİRJA

12 Noyabr

ABŞ birjalarının indeksləri AÇIQLANIB

Bakı, 12 noyabr Fins.az

SP 500 və Nasdaq indeksləri günü ABŞ-da müsbət kursla tamamlayıb, Dow Jones isə mənfi nəticə nümyiş etdirib .
Fins.az xəbər verir ki,bağlanarkən Dow Jones indeksi 0,08 % azalaraq 29 397,63 bəndə düşüb.

SP 500 indeksi 0,78 % artaraq 3,573,15 bəndə, Nasdaq indeksi isə 2,01% qazancla 11 786,43 bəndədək yüksəlib.

Yeni növ koronavirus (Kovid-19) peyvəndi ilə əlaqədar inkişaflarla yanaşı yeni həftəyə sabitliklə başlayan indekslər həftənin ortalarında qarışıq bir kurs izləməyə davam edib.

Amerikalı dərman şirkəti Pfizer və Türk alimi Prof. Dr. Uğur Şahinin qurucu tərəfdaşı olduğu Alman biotexnologiya şirkəti BioNTech tərəfindən inkişaf etdirilən potensial peyvəndin virusa qarşı  90%-dan çox təsirli olduğunu açıqladıqdan sonra dünən düşən texnologiya paylaşımları, sektor bazlı fikir ayrılıqlarının yaşandığı səhm bazarlarında bu gün yüksəlib.

ABŞ-ın Amazon və Apple texnologiya şirkətlərinin səhmləri  3%, Microsoft və Netflix-in səhmləri 2%, Facebook-un səhmləri  1-%dən çox bahalaşıb.