Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Noyabrın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,08% – 29,397.63 bəndədək enib, S&P 500 indeksi 0,77% – 3,572.66 bəndədək, Nasdaq indeksi isə 2,01% – 11,786.43 bəndədək yüksəlib.
Fins.az-ın
məlumatına görə, Avropa fond bazarlarında noyabrın 11-də FTSE 100 indeksi 1,35% – 6,382.10 bəndədək, Fransa CAC-40 indeksi 0,48% – 5,445.21 bəndədək, Almaniya DAX-ı isə 0,40% – 13,216.18 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,84% azalaraq 1 863,2 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,33% azalaraq 1,1771 dollar təşkil edib.