BİRJA

11 Noyabr

Neft son 10 həftə ərzində rekord həddə BAHALAŞDI

Bakı, 11 noyabr Fins.az

Londonda 10 həftədən sonra neft qiymətləri 45 dollar səviyyəsindən yuxarı qalxıb.
ABŞ-ın özəl sektor stok məlumatları gözləniləndən daha çox azalma nümyiş etdirdiyi üçün 10 həftədən sonra Londonda neft qiymətləri 45 dollarından çox qazanmağa davam etdib.

Amerika Neft İnstitutunun (API) özəl sektorunun dəstəklədiyi məlumatlara görə, keçən həftə xam neft ehtiyatlarında 5,15 milyon barel azalma olub, benzin və dizel ehtiyatları da azalıb. Hökumətin açıqladığı rəsmi məlumatlar cümə axşamı gələcək.