BİRJA

11 Noyabr

Mərkəzi Bankını qısamüddətli notları yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 11 noyabr Fins.az 

11 noyabr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 501000586S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 12 investor tərəfindən qiyməti intervalı 99.4974  (6.49%) və 99.5351 (6.01%) olan 20 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 462,074,600.00 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5351  (6.01%), orta ölçülmüş qiyməti is 99.5351 (6.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100,000,000.00 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 09.12.2020-ci ildir.