BİRJA

06 Noyabr

Yaponiyada Nikkei indeksi son 29 ilin rekordunu YENİLƏYİB

İnvestorlar ABŞ-dan seçki nəticələrini gözləyərkən, Yapon Nikkei indeksi ticarət gününü1991-ci ildən bəri ən yüksək səviyyədə bağlandı.

Çin və Hong Kongda göstəricilər azalıb.Yaponiya və Cənubi Koreyanın səhmləri daha müsbət qiymətlərə ticarət edilib. MSCI Yaponiya xaricində, Asiya Pasifik indeksi sabit qalıb. Asiya bölgəsindəki qiymətlərdə ABŞ Federal Ehtiyat Sisteminin qərarı və Avstraliya Mərkəzi Bankının iclas protokolları ABŞ-ın seçki nəticələrinə qədər nəzərə alınıb.

Avstraliya Mərkəzi Bankı protokolda pandemiyanın uzunmüddətli təsirləri olacağını və milli gəlirin 2021-ci ilin sonuna qədər pandemiya öncəsi səviyyələrə dönməyəcəyini bildirib.

Müəllif: Aynur Qəniyeva