BİRJA

05 Noyabr

Honq Konq birjasında indekslər ABŞ seçkiləri fonunda yüksəlib

Hong Kong Fond Birjasında ticarət, ABŞ seçkilərində davam edən səs sayması fonunda cümə axşamı birjalar sabit artımla açılıb.

Fins.az xəbər verir ki, məlumatlara görə, Hang Seng İndeksi 614 bənd (2.47%) artaraq 25.500-ə çatıb.

Birja analitiki Francis Lun, "Bazar, ABŞ-da seçkiləri qazanacağını gözləyir" deyib. Müsbət dinamika indeksdəki 50 əsas mavi çipdən 46-nı əhatə edib. Ən yaxşı nəticələri yüksək texnoloji ixracatla əlaqəli səhmlər göstərir.

Çin İnternet nəhəngi Tencent-in səhmləri 4.42% artaraq hər bir səhmə  614.5 Hong Kong dollarına çatıb. Əsas telekommunikasiya avadanlıqları istehsalçısı olan ZTE Korporasiyasının mövqeyi 5,4% yaxşılaşdırıb. Sunny Optical Technology smartfonları üçün linzalar istehsalçısının bazar kapitallaşması 5.69% artıb.

Müəllif: Aynur Qəniyeva