BİRJA

04 Noyabr

Bakı Fond Birjasında  əməliyyatların ümumi həcmi AÇIQLANIB -MƏBLƏĞ 

Bakı Fond Birjasında 2020-ci ilin yanvar-oktyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 10,186,809,126 manat təşkil edib.

Fins.az xəbər verir ki,nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi təkrar bazar üzrə ticarət həcmində 60%, korporativ qiymətli kağızlar bazarı üzrə 97%, repo əməliyyatları üzrə isə 81%, səhmlər üzrə ilkin bazarda 132 misli, səhmlər üzrə təkrar bazarında isə 15 misli qədər böyümə qeydə alınıb.

2020-ci ilin oktyabr ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası ilin əvvəlinə nisbətən 10% böyüyərək 2,705,321,341 manat təşkil edib.