BİRJA

02 Noyabr

Rusiyanın Urals neftinin orta qiyməti oktyabrda 40,83 dollaradək azalıb

Bu ilin yanvar-oktyabr aylarında Rusiyanın əsas ixrac məhsulu sayılan "Urals" neftinin bir barelinin orta qiyməti 40,81 ABŞ dolları təşkil edib. Halbuki ötən ilin analoji dövründə orta qiymət 63,53 dollara bərabər olub.

Fins.az xəbər verir ki, bu barədə Rusiyanın Maliyyə Nazirliyinin məlumatında deyilir.

Məlumatda qeyd olunub ki, oktyabrda "Urals"ın orta qiyməti sentyabra nisbətən 0,9%, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 30,4% azalaraq 40,53 dollar təşkil edib.