BİRJA

30 Oktyabr

Günə Baxış - 30.10.2020

Fins.az xəbər verir ki, beynəlxalq valyuta birjalarında Avropa Mərkəzi Bankının mətbuat konfransında dördüncü rübdə böhranın yaşanılacağı, inflyasiyanın uzun müddət sıfırın altında qalacağı və monetar siyasətdə dəyişikliyin olmayacağı, lakin dəyişikliyə ehtiyacın olduğu haqqında danışılması, EURUSD məzənnəsinin təzyiq altında qalmasına səbəb olub. Cari şəraitdə dəstək görən dolların təsiri altında GBPUSD məzənnəsində də ucuzlaşma müşahidə edilir. 

Əlvan metallar bazarlarında da qızılın qiyməti təzyiq altında olub. Lakin hazırda avro və funtun qiymətlərində müşahidə edilən korreksiya, özünü qızılın qiymətində də göstərir. 

Bununla yanaşı, bu gün investorlar Bakı vaxtı ilə saat 14:00-da dərc ediləcək Avrozonanın inflyasiya, iqtisadi inkişaf və işsizlik göstəricilərini də diqqət mərkəzlərində saxlayırlar. (investaz.az)