Fins.az xəbər verir ki, Çərşənbə günü qızıl "ayı"ların güclü təzyiqinə məruz qaldı və gün ərzində demək olar ki, 2% ucuzlaşdı. Qiymətli metal sentyabr ayının sonundan etibarən ən aşağı səviyyəyə - 1868$-a düşdü və məqalə yazıldığı vaxtda bazarlarda risklərdən çəkinməyin bir qədər azaldığına görə, korreksiya edərək 1882$ civarında ticarət edilməkdədir.
"Dow Jones" 2.45%, "Nasdaq" isə 2.0% itirdi. Avropada "DAX" indeksi çərşənbə günü 4.10%, "CAC40" isə 3.45% azaldı. Avropanın hər yerində yeni karantin məhdudiyyətlərinin tətbiq edildiyi barədə xəbərlər gəlməyə davam etdiyi üçün investorların fikirləri qeyri-müəyyən qalmaqdadır.
Eyni zamanda, həm riskdən çəkinməyin, həm də xəzinənin azalması, qiymətli metal üçün dəstək verə bilməməsi diqqət çəkir. Bunun əvəzinə investorlar dollar üzərində dayanmağa üstünlük verdilər.
Texniki olaraq, qızıl həssas görünür və ucuzlaşmağa davam edə bilər. Aşağı istiqamətdə 1870$-ı qırıb onun altında qalarsa, növbəti dəstək xətti 1850$ (sentyabr ayının minimumu) ola bilər. Eyni zamanda aktiv, yuxarı istiqamətdə 1900$ səviyyəsini keçərsə, növbəti qırıla biləcək müqavimət xətti 1930$ olma ehtimalı da var. (investaz.az)