BİRJA

28 Oktyabr

Günə Baxış - 28.10.2020

Fins.az xəbər verir ki, Beynəlxalq valyuta birjalarında Avropa Mərkəzi Bankının Korona böhranının ikinci dalğası fonunda iqtisadi risklərin artdığını deməsindən sonra avronun qiyməti təzyiq altındadır. Belə bir şəraitdə hər dəfə Avropada karantin tədbirlərinin gücləndirilməsinə dair xəbərlərin yayılması ilə EURUSD məzənnəsi yeni dəstək səviyyələrini sınağa çəkir. 

Beləliklə, iqtisadiyyata maliyyə dəstəyi verən AMB-nin yeni qərarına kimi avro/dollar valyuta cütlüyünün 1.18 - 1.19$ aralığında dalğalanacağı proqnozlaşdırılır. Avropa və İngiltərədə yeni böhran dalğasının bərtərəf edilməsi müzakirəsi ətrafında qeyri-müəyyənlik, gələcək günlər ərzində dollara olan tələbin artmasına səbəb ola bilər. Bu, GBPUSD məzənnəsinin də gələcək günlər ərzində 1.30 - 1.31$ aralığında dalğalanacağını ehtimal etməyə əsas verir. 

Dollar ilə bağlı sözləri qızılın gələcək qiymətləri üçün də demək olar və əlvan metallar bazarlarında qızıla olan tələbin artacağı proqnozlaşdırılır. 1930$-ın qırılmasında çətinliyi müşahidə edilən bir unsiya üzrə qiymət, 1911$-ın qırılması ilə yenidən 1924$-a kimi dəyər qazana bilər. 

Bununla yanaşı, Kriptovalyuta birjalarında Bitkoinin qiymətində güclü bahalaşma müşahidə edilir və proqnozlaşdırıldığı kimi 13855$-a kimi dəyər qazandıqdan sonra növbəti müqavimət səviyyəsi 14500$-dır. (investaz.az)