BİRJA

27 Oktyabr

Türk lirəsi minimumları yenilədi

Fins.az xəbər verir ki, türk lirəsi dollar qarşısında yeni minimumlara qədər ucuzlaşıb. ABŞ-ın sanksiyalar ilə təhdidindən sonra xarici investorlar Türkiyə aktivlərini satmağa başlayıblar. 

Keçən həftənin cümə axşamından ucuzlaşmağa başlayan türk lirəsi, dollar qarşılığında psixoloji səviyyə kimi dəyərləndirilən 8TL-ni qırdı. Buna ilk səbəb keçən həftə Türkiyə bankının investorların proqnozlarının əksinə olaraq, fazi dərəcələrini dəyişməməsi oldu. İnvestorlar minimum 1%-lik artım ehtimal edirdilər.

Lakin hal-hazırda Türkiyə üçün əsas mənfi vəziyyət indidir, çünki ABŞ istənilən bir vaxt Türkiyəyə sanksiya tətbiq edə bilər. 

Onu da qey etmək lazımdır ki, bu ilin əvvəlindən xarici investorlar 13.3 milyard dollarlıq Türkiyə səhmlərini satmışdır və bu rəqəm 2005-ci ildən bəri rekord səviyyədir. Bütün bu və digər səbəblərə görə, türk lirəsi bu il dollara nisbətən 25%-dən çox dəyər itirib. (investaz.az)