BİRJA

27 Oktyabr

İnvestorların qızıla olan tələbi artır

Fins.az xəbər verir ki, 2021-ci ildə zərgərlik sektorunun və mərkəzi bankların qızıla olan tələbi koronavirus böhranından əvvəlki dövr ilə müqayisədə daha az olacaq. Lakin qiymətli metalın dəyəri investorlardan dəstək alacaq. Bu fikir “Refinitiv Metals Research” araşdırma şirkəti tərəfindən səsləndirilib. 

Araşdırmalara görə, zərgərlik sənayesindən qızıla olan tələb bu il 31% azalaraq, 1327 tona çatacaq. Gələn il isə yenidən 9% artaraq, 1447 tona çatacağı proqnozlaşdırılır. Mərkəzi banklar sarı qiymətli metal alışlarını təxminən yarıya - 312 tona qədər azaldacaq, 2021-ci ildə yenidən 385 tonluq kiçik bir artım ehtiml edilir. 

Eyni zamanda, anketdə qızıl sikkə və külçələrin alışının bu il 6% azalaraq, 917 tona enəcəyi, ancaq gələn il 13% artaraq, 1029 tona çatacağı proqnozlaşdırılır. 2021-ci ildə nəticədə qızılın bir unsiyaya görə orta qiyməti 1890$ ola bilər. İnvestorlar qızıl qiymətinin olduqca volatil qalacağına da diqqət yetirməlidirlər. (investaz.az)