PayPal Bitcoin və bəzi kriptovalyutaları ödəmə vasitəsi kimi qəbul edəcəyini açıqladıqdan sonra Bitcoin 2019-cu ilin iyulundan bu yana ilk dəfə 13000 dolları keçib.
Fins.az xəbər verir ki,PayPal Holdings Inc, çərşənbə günü müştərilərinə Bitcoin və digər virtual valyutaları onlayn cüzdanlarında saxlamağa imkan verəcəyini və şəbəkəsindəki 26 milyon ticarətçinin kriptovalyutalardan istifadə edərək alış-veriş etməsinə imkan verəcəyini açıqlayıb.
Bu tətbiqetmənin PayPal-ı istehlakçılara kriptovalyutalara çıxış təmin edən ən böyük şirkətlərdən birinə çevirəcəyi və Bitcoin və digər kriptovalyutaların həyat qabiliyyətli ödəmə üsulları olaraq daha geniş qəbul edilməsinə kömək edəcəyi bildirilir.
Açıqlamadan əvvəl 12.000 dollardan biraz baha olan Bitcoin 13.000 dollardan baha olub.
Müəllif:Aynur Qəniyeva