Fins.az xəbər verir ki, ABŞ-da pandemiya səbəbilə iqtisadiyyata dəstək təklifləri hələ də müzakirə mərhələsindədir.
ABŞ Senatının sədri Pelosi maliyyə naziri Mnuçin ilə son müzakirələrdən məmnun qaldığını ifadə etməsi ilə yanaşı, ABŞ prezidenti Tramp da dəstək paketi məsələsində razılaşmağa yaxın olduğunu bildirib.
Dəstək paketində anlaşmanın olacağı ehtimallarının artması ilə dollar indeksi son ay yarımın minimumlarına qədər gerilədi.
Dolların ucuzlaşması fonunda qızıl da yenidən 1930$ müqavimət həddinə doğru yüksəlir. Bu hədd qırılacağı təqdirdə, qızıldakı artımlar daha da sürətlənə bilər. (investaz.az)