BİRJA

20 Oktyabr

Maliyyə Nazirliyinin 30 mln. manatlıq DOİ emissiyası yerləşdirilib

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106020784 ISIN-li, 20 mln. manat həcmində, 1 092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az-ın birjaya istinadən verdiyi xəbərə görə, hərrac zamanı 13 investor tərəfindən qiyməti intervalı 93,5088 AZN (11,6245%) və 100 AZN (9,0000%) olan 21 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97,8513 AZN (9,8445%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 84 795 700 AZN, yerləşdirilmiş həcmi isə 30 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 17 oktyabr 2023-cü ildir.

Hərrac iştirakçıları 21 oktyabr 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50%-dək artırıla bilər.