BİRJA

14 Sentyabr

“Moskviçtexxidmət” ASC səhmdarlarına dividend verməyəcək

“Moskviçtexxidmət” ASC səhmdarlarının 2020-ci il avqustun 22-də keçirilmiş növbəti ümumi yığıncağında qəbul edilən  qərarlar açıqlanıb.
Fins.az xəbər verir ki şirkətin yayımladığı səhmdarların yığıncağının nəticələrinə dair məlumata görə,"Moskviçtexxidmət” ASC-nin 2019-cu ilə aid maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının hesabatı təsdiq olunaraq qənaətbəxş hesab edilib.Daha sonra“Moskviçtexxidmət” ASC-nin 2018-2019-cu illərə aid fəaliyyəti nəticəsində yaranmış mənfəətdən səhmdarlara dividend verilmir.Eyni zamanda qeyd olunur ki, səhmdarların yığıncağında digər məsələlər barədə qərar qəbul edilməyib

Müəllif:Aynur Qəniyeva