BİRJA

11 Sentyabr

Dünya fond bazarlarının əsas indeks göstəriciləri enib

Sentyabrın 10-da Amerika fond bazarında Dow Jones indeksi 1,45% – 27,534.58 bəndədək, SP 500 indeksi 1,76% – 3,339.19 bəndədək, Nasdaq indeksi isə 1,99% – 10,919.59 bəndədək enib.

Məlumata görə, Avropa fond bazarlarında sentyabrın 10-da FTSE 100 indeksi 0,16% – 6,003.32 bəndədək, Fransa CAC-40 indeksi 0,38% – 5,023.93 bəndədək, Almaniya DAX-ı isə 0,21% – 13,208.89 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,96% artaraq 1 961,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,11% artaraq 1,1816 dollar təşkil edib