Avropada müxtəlif birjalara sahib olan Euronext Fond Birjası, Borsa Italiana SpA-nı almaq üçün təklif hazırlayır
Euronext NV, Borsa Italiana SpA-nı İtaliyanın bir dövlət bankı ilə birlikdə almaq üçün təklif verəcək
Məlumatlı mənbələrə görə, təkliflə London Fond Birjası Qrupuna məxsus şirkətin 3,5 milyard avro ilə 4 milyard avro arasında qiymətləndirilməsi gözlənilir.
Euronext, İtaliyanın Cassa Depositi e Prestiti SpA ilə birlikdə təklif verməyi qəbul etdi. Satınalma edildiyi təqdirdə bank Euronext-un 8 faizini alacaq.
Rəqib birja şirkətlərindən biri olan Deutsche Boerse AG də Borsa Italiana üçün təklif verməyə hazırlaşır. Mənbələrə görə, şirkət üçün başqa iddiaçılar da ola bilər.
Borsa Italiana, dövlət istiqrazlarının alınıb satıldığı MTS SpA platforması sayəsində strateji bir varlıq olaraq görülür. Milan mərkəzli Intesa Sanpaolo SpA bankı da Euronext-un təklifində iştirak edə bilər və müqaviləyə əsasən şirkətin səhmlərindən bir hissəsini ala bilər.
Müəllif:Aynur Qəniyeva