Avstraliya və Yeni Zelandiya Bank Qrupu, qızıl qiymətlərinin gələn il 2300 dollara qədər yüksələ biləcəyini proqnozlaşdırır
Fins.az xəbər verir ki,Avstraliya və Yeni Zelandiya Bank Qrupu Ltd., gələn il qızıl qiymətlərinin unsiyasının 2300 dollara yüksələ biləcəyini təxmin edib.
Qurum, son qiymət enməsinin qısa müddətli olduğunu və qızılın hələ də cəlbedici investisiya vasitəsi olduğunu bildirib.
Bank, bol pul təklifinin, aşağı faiz nisbətlərinin və makro qeyri-müəyyənliyin qızıl investisiyalarını dəstəkləməsi lazım olduğunu qeyd edib.
Fiziki tələb artmaqdadır, buna görə qızıl qiymətlərinin gələn il bir unsiyası üçün 2300 dollara çatdığını görə bilərik.
Müəllif:Aynur Qəniyeva