9 sentaybr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50101183S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 806,906,000.00 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 (6.26%), orta ölçülmüş qiyməti is 99.5158 (6.26%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200,000,000.00 manat təşkil edib.
Notların ödəmə tarixi 07.10.2020-ci ildir.