Dolların yüksəlməsi koronavirus peyvəndi ilə bağlı mənfi xəbərlərin əvəzlənməsi ilə qızıl qiymətləri ucuzlaşıb
Qızıl qiymətləri, investorlar Kovid-19 peyvəndində gecikmə ehtimalı ilə əlaqədar olaraq dollarlarda görülən güclü məcraya diqqətini yönəltdikdən sonra ucuzlaşıb.
AstraZeneca Plc, şirkətin araşdırmalarına qatılan şəxslərdən biri xəstələndiyinə görə eksperimental koronavirus peyvəndinin sınaqlarını dayandırdı. Bu mənfi reaksiya, dünyada Covid-19-a qarşı toxunulmazlığı artırmaq səylərini gecikdirə və ya dayandıra bilər.
Digər tərəfdən, ABŞ ilə Çin arasında gərginlik artmağa davam edir. Tramp administrasiyası, Pekinin Sincan bölgəsindəki Uyğur Türklərinə qarşı təzyiqlərinə qatılan üç şirkətin idxalını qadağan etdiyini açıqladı və digər altı şirkət üçün də oxşar bir tədbir düşündüyünü açıqlanıb.
Usiya qızıl çərşənbə axşamı günü 0,1 % ucuzlaşdıqdan sonra London vaxtı ilə 07: 13-də bir unsiyası 1926,50 dollara düşdükərək 0,3 % dəyər itirdi.
Digər qiymətli metallardan gümüşün unsiyası 26,6580 dollar olaraq dəyişməz qalıb, platin 0,5%, paladyum 0,1 % ucuzlaşdı.
Müəllif:Aynur Qəniyeva