BİRJA

09 Sentyabr

Tesla bir seansda 82 milyard dollar əridi

Elektrikli avtomobil istehsalçısı Tesla, çərşənbə axşamı tarixində ən pis ticarət gününü keçirərək  21% ucuzlaşıb.
Elektrikli avtomobil istehsalçısı olan Tesla A.Ş. Standard Poor's 500 (SP 500) İndeksinə daxil edilmədikdən sonra tarixindəki ən böyük gündəlik düşüşü yaşadı və bu qərar investorları bu istiqamətdə bir gözlənti ilə təəccübləndirdi.

Elon Musk-ın Tesla şirkəti çərşənbə axşamı  21% azalaraq 330,21 dollar oldu və şirkətin bazar dəyəri 82 milyard dollar əridi. Tesla- dakı eniş dünən açılış öncəsi əməliyyatlarda başladı və General Motors Co., elektrikli avtomobil istehsalçısı Nikola Corp.dan 2 milyard dollarlıq pay alacağını açıqladıqdan sonra sürət qazandı. Digər tərəfdən, Tesla, keçən həftə açıqlandıqdan sonra 3 günlük enmə üçün zəmin yaradan 5 milyard dollarlıq səhm satışının bir neçə gün ərzində tamamlanacağını qeyd edib

Müəllif:Aynur Qəniyeva