Sentyabrın 2-də Amerika fond bazarında Dow Jones indeksi 1,59% – 29,100.50 bəndədək, SP 500 indeksi 1,54% – 3,580.84 bəndədək, Nasdaq indeksi isə 0,98% – 12,056.45 bəndədək yüksəlib.
Avropa fond bazarlarında sentyabrın 2-də FTSE 100 indeksi 1,35% – 5,940.95 bəndədək, Fransa CAC-40 indeksi 1,90% – 5,031.74 bəndədək, Almaniya DAX-ı isə 2,07% – 13,243.43 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 1,65% azalaraq 1 942,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,51% azalaraq 1,1853 dollar təşkil edib.