Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101083S dövlət qeydiyyat nömrəli, 150 mln. manat həcmində, 28 gün tədavül müddətli, qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən fins.az-a verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 15 investor tərəfindən qiymət 99,5158 manat (6,26%) olan 24 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 590 357 200 manat olub.
AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5158 manat (6,26%), orta ölçülmüş qiyməti 99,5158 manat (6,26%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 150 mln. manat təşkil edib.
Notların ödəmə tarixi 30 sentyabr 2020-ci ildir.