Çin səhmlərinin bazar kapitallaşması sonuncu dəfə beş il əvvəl müşahidə edilən 10 trilyon dollara yaxınlaşıb.
Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki,bu il Çin səhmlərindəki güclü yüksəliş şirkətlərin ümumi bazar dəyərini sonuncu dəfə beş il əvvəl müşahidə edilən10 trilyon dollara yaxınlaşdırıb.
Çin Birjalarına çıxarılan səhmlərin ümumi dəyəri 9,98 trilyon dollardır və bu səhmlər 37.9 trilyon dollarlıq ABŞ səhmlərindən sonra ikinci yeri tutur.
Qeyd edək ki,2015-ci ilin iyun ayında üç seans üçün 10 trilyon dollarlıq bazar dəyərini qoruduqdan sonra, sonrakı bir neçə ayda 5.2 trilyon dollar zərərlə nəticələnən kəskin satış dalğası yaşanmışdı
Müəllif,Aynur Qəniyeva